Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 1994-cü ildən bu yana müzakirələri aparılan qanun layihəsi Türkiyə Parlamentinin ötən gün keçirilən iclasında qəbul edilib.
Bildirilir ki, qəbul edilən qanun layihəsinə əsasən Türkiyə vətəndaşları 15 min lirə (3140 dollar) ödəniş qarşılığında hərbi xidmət borclarını sadəcə 21 gün qarşılığında qarşılaya biləcəklər.
Qeyd edək ki, daha öncə Türkiyədə hərbi xidmət ali təhsil alanlar üçün 5,5 ay, digərləri üçün isə 12 ay müddətində idi.
Dəyanət Ağalarlı
Ordu.az