Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə kompaniyanın mətbuat xidməti məlumat yayıb.
““Tigr” zirehli vasitəsinin mina təhdidinə qarşı müdafiəsini gücləndirmək istiqamətində yenilənmə işləri davam edir. Eyni zamandan onun ballistik müqaviməti də təkmilləşdirilir”, - deyə məlumatda deyilir.
“Tigr-M” vasitəsinin əvvəlki versiyası 5-ci sinif zirehlə təmin olunub. Bu zireh ona 0,6 kq TNT ekvivalentli partlayışa qədər müdafiə təmin edirdi. Modernizasiyadan sonra isə bunun 2 kq-ya qədər artırılması planlaşdırılır.
Qeyd edək ki, bəzi mənbələrdə “Tigr” zirehli vasitəsinin Suriyadakı terrorçulara qarşı mübarizədə Xüsusi Təyinatlı Qüvvələr və hərbi polis tərəfindən istifadə edildiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az