Ordu.az “İndustry Today”ə istinadən xəbər verir ki, sözügedən sahənin hazırda əsas oyunçuları sıra ilə AECOM, “BAE Systems”, “Crowley Maritime”, “DynCorp International” və “Lockheed Martin” şirkətləridir.
Jurnalın yayımladığı hesabata əsasən bu sahənin hər hansısa bir ölkədə inkişafı həmin ölkənin nəqliyyat, rabitə və xidmət sektorlarının inkişafından asılıdır.
Belə ki, yaxın gələcəkdə hərbi məqsədli logistika sektorunun inkişafına çalışan istənilən ölkə ilk olaraq yuxarıda qeyd olunan sahələri inkişaf etdirməlidir.
Qeyd edək ki, hesabata əsasən hazırda bu sahədə öndə gedən dövlətlər ABŞ, Böyük Britaniya, Fransa, Çin və Yaponiyadır.
Rəsmi rəqəmlərə əsasən ABŞ-da bu sahənin ötən ilki dövriyyəsi 27 milyard dollar olub ki, bu da bütün dünyadakı 155 milyardlıq hərbi məqsədli logistika bazarının 16 faizini təşkil edir.
Dəyanət Ağalarlı
Ordu.az