“Admiral Kuznetsov” sınaqlara hazırlaşır

2018/07/37736038_2613723342187151_6357618772899004416_n_1532534199.jpg
Oxunub: 1496     00:56     26 İyul 2018    
Rusiyanın “Admiral Kuznetsov” aviadaşıyıcısı modernizasiyadan sonra sınaq müddətinə qədəm qoyacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı aviadaşıyıcının modernizasiyasının həyata keçirildiyi “Zvyozdoçka” gəmiqayırma zavodunun icra direktoru Sergey Mariçev tərəfindən bildirilib.

O qeyd edib ki, avqust ayından etibarən start veriləcək sınaq müddəti 7 ay davam edəcək.

Şirkət rəsmisi bildirib ki, sınaqlar zamanı əsasən aviadaşıyıcıya modernizasiya zamanı inteqrasiya edilən “Pantsir-M” hava hücumundan müdafiə sistemləri test ediləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Admiral-Kuznetsov   Rusiya  


Bizi "telegram"da izləyin