Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Azad Suriya Ordusunun komandiri Əbu Yəhya Qələndər bildirib.
O qeyd edib ki, hazırda PKK terror qruplaşması Hələbin Nubbol və Zəhra şəhərlərində aktivlik göstərməyə başlayıb.
“Hətta bir sıra yerli mənbələr burada gizli mərkəzlərin də qurulduğunu bildirir. Məhz son dövrlərdə Türkiyə Silahlı Qüvvələrinin Afrindəki birliklərinə edilən hücumlar da buradan koordinasiya edilir”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az