Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar bölgədə fəallığı ilə seçilən İŞİD-in qolu hesab edilən “Ceyş Xalid ibn Valid Ordusu” terror qruplaşmasına qarşı keçirilib.
Əməliyyatlara bağlı Suriya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən hücumlar nəticəsində ordu bölgənin Əl-Bəssəli şəhərini terrorçulardan azad edib.
Rəsmi məlumata əsasən ordu hazırda sözügedən terror qruplaşmasının nəzarətində olan qonşu Səidə şəhərinə doğru irəliləyir.
Dəyanət Ağalarlı
Ordu.az