Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama ABŞ donanmasının mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, gəmi 1 həftəlik sınaq dövrünü maksimum nəticə ilə uğurlu şəkildə tamamlayıb.
Bildirilib ki, sınaqlar zamanı gəminin idarəetmə sistemləri, atəş sistemləri, həmçinin sahib olduğu 57 mm-lik “Bofors” silah sistemləri hər biri ayrı-ayrılıqda test edilib.
Xatırladaq ki, sınaqlara 17 iyuldan etibarən start verilmişdi.
Dəyanət Ağalarlı
Ordu.az