Sveydada silsilə terror hücumları: 38 sivil həlak olub

2018/07/567_1532520042.jpg
Oxunub: 3115     20:01     25 İyul 2018    
Bu gün səhər Suriyanın qaynar bölgələrindən olan Sveyda vilayətinin müxtəlif şəhərlərində ardıcıl 3 partlayış baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilir ki, partlayışlar bölgənin Əl-Məsləx, Əl-Souk şəhərlərində və Doma qəsəbəsində baş verib.

Məlumatlara əsasən hücumlar zamanı 38 mülki vətəndaş həlak olub, daha onlarla yaralı var.

Qeyd edək ki, hücumları İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   Sveyda  


Bizi "telegram"da izləyin