Husilər Səudiyyə gəmisini hədəf alıb

2018/07/345_1532519146.jpg
Oxunub: 1528     19:51     25 İyul 2018    
Husi qiyamçıları Yəmənin sahil sualırnda üzən Səudiyyə Ərəbistanına məxsus gəmiyə zərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qiyamçılara yaxın mənbələr yayıb.

Bildirilib ki, bu gün qiyamçılar Yəmənin Qırmızı dəniz sahillərində hərəkət edən döyüş gəmisinə qurudan artilleriya zərbələri endiriblər.

Məlumata əsasən zərbələr nəticəsində gəmi ciddi zərər görüb, həmçinin gəmidəki bir neçə hərbçi də həlak olub.

Qeyd edək ki, hələlik Səudiyyə tərəfindən məsələ ilə bağlı rəsmi məlumat verilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən  


Bizi "telegram"da izləyin