Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyan edib.
“BRİKS beynəlxalq siyasətdə, xüsusilə terrora, kütləvi qırğın silahların yayılma təhdidinə qarşı mübarizədə uğurlu əməkdaşlıq həyata keçirir və bundan sonra da keçirəcək”, - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya beynəlxalq informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı möhkəmələndirməyə böyük əhəmiyyət verir.
Qeyd edək ki, 25-27 iyul tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində BRİKS dövlətlətlərinin sammiti baş tutacaq.
Ağalar Ağalarlı
Ordu.az