ABŞ-ın müdafiə büdcəsində kibertəhlükəsizlik önəmli yer tutur

2018/07/How-California-is-Paving-the-Way-in-Cyber-Security-Policy-Educations-Jobs-and-More-e1473254558544_1532504405.jpg
Oxunub: 3134     18:22     25 İyul 2018    
ABŞ-ın 2019-cu maliyyə ili üçün nəzərdə tutulan hərbi xərcləri bir sıra innovativ sahələrin inkişafını təşviq edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbvər verir ki, bu barədə rəsmi açıqlamanı Demokratlar partiyasından olan senator Mark Varner bildirib.

O qeyd edib ki, hökumət tərəfindən hazırlanmış büdcənin yekun versiyası bizə onu deməyə imkan verir ki, ABŞ növbəti il kibertəhlükəsizlik və elektron sistemlərin, həmçinin süni zəkanın hərbi məqsədli araşdırılmasına və tətbiqinə külli miqdarda maliyyə xərcləyəcək.

“Bu, hərbi xərclər üzrə son illərdə gördüyüm ən mükəmməl büdcə layihəsidir. ABŞ ənənəvi sahələrdən uzaqlaşıb, yeni innovativ sahələrin inkişafına fokuslanacaq. Qeyd edə bilərəm ki, 2019-cu il üçün nəzərdə tutulan büdcədə qeyd olunan sahələrə ümumilikdə 20 milyarddan çox vəsait ayrılması planlaşdırılır”, - deyə senator bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hərbi-Xərclər   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin