Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, separatçılar Avdivka, Vodiane, Lebedynske, Krimske, Marinka, Talakivka, Luqansk Pivdenne bölgələrində Ukrayna ordusunun mövqelərinə atəş açıblar.
Hücumlar zamanı onların 120 və 82 mm-lik minaatanlardan, eyni zamanda 122 mm-lik artilleriya mərmilərindən istifadə etdikləri bildirilir.
Qarşılıqlı atışma zamanı Ukrayna ordusundan heç bir ölüm və yaralanma faktı qeydə alınmazkən, separatçılardan bir nəfər zərərsizləşdirilib.
Ağalar Ağalarlı
Ordu.az