Rubio: "Tramp 2027-ci ilin əvvəlində Hindistana səfər edə bilər"

2026/06/1780511165.jpg
Oxunub: 139     12:02     27 İyun 2026    
ABŞ gələn ilin əvvəlində Prezident Donald Trampın Hindistana səfərinin təşkil olunması üzərində işləyir.

Ordu.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Hindistanın IANS Agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton Trampın səfərini ABŞ və Hindistan arasında ikitərəfli ticarət sazişinin hazırlanması fonunda təşkil etməyi nəzərdə tutur.

"Prezidentin gələn ilin əvvəlində səfər edə bilməsi üçün işləyirik", - Rubio deyib və səfərə hazırlıq məqsədilə özünün elə bu il Hindistana yollana biləcəyini qeyd edib.

Dövlət katibi, həmçinin bildirib ki, tərəflər ticarət sazişi üzrə danışıqların yekun mərhələsindədirlər.

"Biz Hindistanla ticarət sazişi bağlayacağımıza ümid edirik. Onun icrasının son mərhələsindəyik və bu, çox müsbət haldır", - Rubio qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Tramp   ABŞ  


Bizi "telegram"da izləyin