Türkiyənin Mardin vilayətindəki Nusaybin bölgəsində PKK terror təşkilatına mənsub 3 terrorçu zərərsizləşdirilib.
Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik qüvvələrinə yaxın mənbə bildirib.
Məlumata görə, bölgədə terrorçuların fəaliyyəti aşkarlandıqdan sonra havadan dəstəkli həyata keçirilən əməliyyatla 3 terrorçu məhv edilib. Hazırda əməliyyat davam etdirilir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
PKK
Terror