İsrail raketdən müdafiə sistemlərinin modernizasiyasını planlaşdırır

2018/07/Снимок_1532427922.png
Oxunub: 3146     18:28     24 İyul 2018    
İsrail Müdafiə Nazirliyi ordunun sahib olduğu raketdən müdafiə sistemləri ilə bağlı növbəti on il üçün planlarını açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2019-2028-ci illəri əhatə edəcək layihənin bazar günü İsrail Milli Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması planlaşdırılır.

Məsələ ilə bağlı İsrail Müdafiə Nazirliyindən bildirilən açıqlamada qeyd olunub ki, hökumət daha öncə 4,3 milyard dollar olaraq planlaşdırdığı layihə büdcəsini təxminən iki dəfə artıraraq 8,3 milyard dollara qaldıracaq.

Belə ki, hər il standart olaraq ordunun xidmətindəki bütün raketdən müdafiə batareyalarının cari standartlara uyğun vəziyyətdə saxlanılması üçün 800-900 milyon dollar vəsait ayrılması planlaşdırılır.

Qeyd edək ki, modernizasiya işlərinin İsrailin yerli şirkətlərinə tapşırılacağı bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Raketdən-Müdafiə-Sistemləri   Modernizasiya  


Bizi "telegram"da izləyin