Yəmənin uşaq əsgərləri cinsi təcavüzlərə məruz qalıblar

2018/07/ed5e6a5a96364264a1f352546e45575e_18_1532427195.jpg
Oxunub: 3423     18:09     24 İyul 2018    
Husilərdən xilas edilən yəmənli uşaq əsgərlərin ən azı yarısının cinsi istismara məruz qaldığı üzə çıxıb.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə Yəmən Müharibəsində İstifadə edilən Uşaqların Reabilitasiya mərkəzinin psixiatrı Mahyub Almeçlakti bildirib.

Onun sözlərinə görə, bu uşaqların əksəriyyəti 12-15 yaşlarında və kiçik cüssəlidirlər. Onların ən azı yarısının qiyamçıların nəzarəti altında olarkən cinsi istismarın qurbanı olduqları ehtimal edilir.

Hətta o, bu göstəricinin 60%-ə qədər ola biləcəyini də vurğulayıb. Son olaraq, ötən ay 180 oğlan uşağının müayinə olunaraq mərkəzdən evə buraxıldığı bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər   Uşaq-əsgər  


Bizi "telegram"da izləyin