Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qiyamçılara yaxın mənbələr yayıb.
Qiyamçılar Nəcrana edilən raket hücumu nəticəsində çox sayda Səudiyyə hərbçisinin həlak olduğunu və bazanın önəmli bir hissəsinin də yararsız hala salındığını iddia edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından məsələ ilə bağlı hələlik rəsmi açıqlama bildirilməyib.
Dəyanət Ağalarlı
Ordu.az