Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ekspert ötən gün qatıldığı televiziya proqramında bildirib.
O qeyd edib ki, Avropa dövlətləri bu məsələdə ABŞ-ın mövqeyini müdafiə etməkdənsə, İranla nüvə danışıqlarını yenidən bərpa etməyi üstün tutmalıdır.
“ABŞ düşünür ki, qlobal iqtisadiyyatdakı hakim mövqeyi ona bütün dövlətlərə təzyiq etmə imkanı verir. Lakin Avropa buna əngəl ola biləcək əsas aktor kimi öz sözünü deməlidir. Çünki bu dəfə məsələ regionun nüvə təhlükəsizliyinin təminatıdır. ABŞ bu mövzuda da öz maraqları naminə bütün regionun təhlükəsizliyini şübhə altına alır ki, bundan daha uzun perspektivdə Avropa da zərər görəcək. Buna görə də Avropa bu məsələdə qərar verməzdən öncə ciddi-ciddi düşünməlidir”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az