ABŞ Ər-Riyadın Yəmən kampaniyasına dəstəyini məhdudlaşdıracaq

2018/07/4565_1532422674.jpg
Oxunub: 4261     16:56     24 İyul 2018    
ABŞ Senatı və Nümayəndələr Palatası 2019-cu maliyyə ili üzrə müdafiə büdcəsini son versiyası üzrə kompromis əldə ediblər.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, bu barədə Konqresin Silahlı Xidmətlər komitəsinin sədri Mak Tornberri bildirib.

Büdcənin Senat təsdiqlədiyi versiyasında ABŞ ordusunun koalisiya təyyarələrinə yanacaq çatdırmasından öncə Səudiyyə rəhbərliyindəki koalisiyanın konkret kriteriyalara cavab verməsi tələb olunurdu.

“Yəmən bizim üzvlərimiz üçün qayğıverici və böyük maraq zonası olaraq qalır və biz konfransın zamanı məsələ ilə bağlı gərgin müzakirələr keçirdik”, - deyə Tornberri bildirib.

O bildirib ki, büdcə layihəsinin sonuncu versiyasında koalisiyaya yardım edilməzdən əvvəl ABŞ XİN koalisiyanın Yəməndəki vətəndaş müharibəsini sona çatdırmaq istiqamətində səylər göstərdiyindən əmin olmalıdır. Bu mümkün olmadığı təqdirdə ABŞ ordusunun koalisiya qüvvələrinə dəstəyi qadağan edilə bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yəmən-müharibəsi   Konqres  


Bizi "telegram"da izləyin