“Taliban”nın hücumu nəticəsində 2 hərbçi həlak olub

2018/07/5676_1532422048.jpg
Oxunub: 2393     16:46     24 İyul 2018    
Əfqanıstanın Qəzni vilayətində “Taliban” qiyamçıları tərəfindən ordunun nəzarət məntəqəsinə hücum edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Qəzninin Gilan şəhərində baş verib.

Yerli mənbələrin yaydığı məlumata əsasən “Taliban” qiyamçıları ordunun şəhərdəki mövqelərinə hücumlar həyata keçirib.

Bildirilir ki, ordu qüvvələri dərhal hücumlara qarşılıq verib. Qarşıdurma nəticəsində 2 hərbçi həlak olub.

Həmçinin ordunun müqaviməti nəticəsində 22 qiyamçı məhv edilib, daha 17-si isə yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin