Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlim zamanı təyyarələr hava hədəflərinə idarəolunan raketlər atıb.
Bundan başqa pilotlar təqlidi düşmən təyyarəsini aşkarlayaraq onun sıradan çıxarılması tapşırığını yerinə yetiriblər. Bu zaman təyyarələr həm cüt, həm də tək-tək bu tapşırığın öhdəsindən gəlməyə çalışıb.
Təlimdə ümumilikdə 10 təyyarənin iştirak etdiyi bildirilir. Onlar təlim zamanı idarəolunan raketlərlə yanaşı, SAB-250 bombalarından istifadə edib.
Ağalar Ağalarlı
Ordu.az