Britaniya yeni minaaxtaran gəminin sınaqlarını keçirib

2018/07/6_1532421005.jpg
Oxunub: 3490     16:28     24 İyul 2018    
Böyük Britaniya donanmasına məxsus yeni mina axtarma gəmisinin sınaqları keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaqlar Britaniyanın Veymaus buxtasında keçirilib.

Bununla bağlı Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilən xəbərdə qeyd olunub ki, “Atlas Electronic” tərəfindən istehsal olunan gəmiyə “Hussar” adı verilib.

Məlumata görə sınaqlardan uğurla keçən minaaxtaran gəmisi artıq Britaniya Donanmasına təhvil verilib.

Qeyd edək ki, gəminin istehsalı 18 milyon dollara başa gəlib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   HDQ  


Bizi "telegram"da izləyin