Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı koalisiyanın mətbuat katibi Turki Əl-Maliki bildirib.
O qeyd edib ki, ötən gün koalisiya tərkibində fəaliyyət göstərən Birləşmiş Ərəb Əmirliyinə məxsus qüvvələr qiyamçılara məxsus 2 dron aşkarlayıb.
Bildirilir ki, sözü gedən uçuş aparatları İran istehsalı olan “Qasef-1” dronlarıdır.
Rəsminin sözlərinə əsasən Hudeydənin Əl-Moxə və Əl-Koka şəhərlərində aşkar edilən hər iki dron dərhal koalisiya qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən raket zərbəsi ilə məhv edilib.
Dəyanət Ağalarlı
Ordu.az