“Taliban” Əfqanıstan ordusuna hücum edib: 15 ölü, 18 yaralı

2018/07/45543534_1532417387.jpg
Oxunub: 3331     15:28     24 İyul 2018    
Əfqanıstan ordusunun Zəbul bölgəsindəki birlikləri “Taliban” qiyamçılarının hücumuna məruz qalıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Zəbul Vilayət şurasının rəhbəri Ətta Can Həqbəyan bildirib.

O qeyd edib ki, qiyamçıların həyata keçirdiyi hücum nəticəsində ordunun 15 üzvü həlak olub, daha 18-i isə yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin