Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Konqresinin hər iki palatası 717 milyard dollarlıq müdafiə büdcəsinin son versiyası üzərində razılığa gəliblər.
Bu versiyada Cənubi Koreyadakı ABŞ əsgərlərinin sayının 22 minə azaladılması məqsədilə bu qoşunlara ayrılan vəsaitin məhdudlaşdırılması təklifi qəbul edilib.
Qeyd edək ki, hazırda ABŞ-ın Cənubi Koreyada 28 minə yaxın əsgəri var. Ötən həftə ABŞ Müdafiə naziri Ceyms Mettis bu sayın azaldılmasının ABŞ və müttəfiqlərinin təhlükəsizliyinə mənfi təsir göstərəcəyini əsas göstərərək, qanunun qəbul edilməməsinə çağırıb.
Ağalar Ağalarlı
Ordu.az