“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib - FOTOLAR

2018/07/ee33c529c0abe1e1bd32618d811885b4_1532414436.jpg
Oxunub: 4279     14:41     24 İyul 2018    
Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 28-da yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışacaq.

Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Beynəlxalq-Ordu-Oyunları-2018   Tank-biatlonu  


Bizi "telegram"da izləyin