PUA bazarının qlobal inkişaf dinamikası - HESABAT

2018/07/global-unmanned-aerial-vehicle-uav-market_1532353000.jpg
Oxunub: 3868     22:17     23 İyul 2018    
Pilotsuz Uçuş Aparatları bazarının son illərdəki inkişaf tempi bu bazarın yaxın müddətdə ən nəhəng hərbi sənaye sahələrindən biri olacağını deməyə imkan verir.

Ordu.az “İndustry Today”ə istinadən xəbər verir ki, azırda bazarda müxtəlif dövlətlərin şirkətləri liderlik uğrunda mübarizə aparır.

Bildirilir ki, hazırda bazarda əsas oyunçular “Trimble”, “Hexagon”, “Topcon”, “Meggitt”, “Hi-Target”, “CHC-Navigation” və s-dir.

Jurnalın yayımladığı rəsmi hesabata əsasən hazırda ABŞ və Çin bu sahədə əsas investisiyaların qoyulduğu ölkələrdir.

Belə ki, sözügedən dövlətlərin birlikdə yatırdığı investisiya ümumi investisiyaların üçdə birindən daha artığını təşkil edir.

PUA bazarının özünün daxilində isə əsas önə çıxan məhsullar GNSS sistemləri və 3D lazer skanerləridir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Hesabat  


Bizi "telegram"da izləyin