Hərbi yükdaşıma sistemləri bazarı genişlənir - HESABAT

2018/07/37655353_2611015269124625_9182273752497389568_n_1532350477.jpg
Oxunub: 3906     01:22     24 İyul 2018    
Hərbi yükdaşıma sistemlərinin hazırkı vəziyyəti və 2023-cü ilə olan gözləntilərlə bağlı hesabat paylaşılıb.

Ordu.az “İndustry Today”ə istinadən xəbər verir ki, son illərdəki statistikalara əsasən sistemlərin orta illik inkişaf həcmi 6 faiz təşkil edir.

Bildirilir ki, son illərdə Asiya-Sakit okean zonasında sistemlərə olan tələbatda ciddi artım hiss olunur.

Belə ki, bu regionun Çin, Yaponiya, Cənubi Koreya və İndoneziya kimi dövlətlərində orta illik tələbat artımı 10-15 faiz arası təşkil edir.

Hesabata əsasən regional olaraq yanaşdıqda Şimali Amerika, ayrı-ayrı ölkələrin statistikasına baxdıqda isə ABŞ istehlakçılar arasında zirvədə qərarlaşıb.

Şirkətlərə gəldikdə isə ilk yeri “Aegis” turu ki, onun ardınca da sıra ilə “BAE Systems”, “Boston Dynamics”, CQC, “Lockheed Martin” gəlir.

Ümumi olaraq bildirilir ki, hazırda illik 80 milyard dollar olan hərbi yükdaşıma sistemləri bazarının 2023-cü ilə kimi 100 milyardı keçməsi gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   Yükdaşıma   Asiya-Sakit-Okean  


Bizi "telegram"da izləyin