Hərbi informasiya mübadiləsi layihəsi dünya nəhənglərini bir araya gətirir

2018/07/37658541_2611010565791762_6583816811840536576_n_1532350150.jpg
Oxunub: 2578     01:30     24 İyul 2018    
İnformasiya sahəsinin bir çox liderləri Pentaqonun məlumat ötürülməsi ilə bağlı layihəsini həyata keçirmək üçün əməkdaşlıq edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəıbər verir ki, bu barədə rəsmi məlumat Pentaqonun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki,”Military Data Transfer Project” adı verilən layihə “Google”, “Microsoft”, “Facebook” və “Twitter” tərəfindən ortaq şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, bu şirkətlər sözügedən layihə çərçivəsində ABŞ ordusunun kibertəhlükəsizlik məsələləri ilə bağlı koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İnformasiya   Microsoft   Facebook  


Bizi "telegram"da izləyin