Yaponiya MN və Saqa rəhbərliyi arasında “Osprey” problemi davam edir

2018/07/4456456_1532343020.jpg
Oxunub: 1513     01:08     24 İyul 2018    
Yaponiya Müdafiə Nazirliyi fevralda Saqa prefekturasında helikopter qəzaya uğramasından sonra bölgədəki hərbi aeroporta yeni helikopterlərin yerləşdirilməsi ilə bağlı bölgə rəhbərliyi ilə danışıqları davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Yaponiya Müdafiə naziri İsunori Onodera bildirib.

O qeyd edib ki, yerli hökumət hələ də ordunun hərbi helikopterlərinin bölgəyə yerləşdirilməsinin qəti şəkildə əleyhinədir.

“Biz Saqa aeroportuna bu ilin fevralında baş verən qəzanın bir daha təkrarlanmaması üçün bölgə rəhbərliyinə əlimizdən gələni edəcəyimizlə bağlı vəd veririk. İstənilən halda bu qəzada Saqa prefekturası və bütövlükdə Yaponiya ciddi yara aldı. Bundan sonra bölgədəki bütün köhnə “Osprey” helikopterləri çıxarıldı. Hökumətin yeni planında Saqadakı hərbi aerodroma 17 ədəd yeni ABŞ istehsalı “Osprey V-22” helikopterlərinin gətirilməsi yer alır. Hələlik bölgə rəhbərliyi buna icazə vermir. İnanırıq ki, yaxın zamanlarda aradakı bu problem öz həllini tapacaq”, - deyə nazir vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   MN   Saqa   Osprey  


Bizi "telegram"da izləyin