Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Avstraliyanın Hərbi Hava Qüvvələrinin üzvü general Kreyq Peyc bildirib.
O qeyd edib ki, hərbçilər artıq Əfqanıstanın Hilmənd bölgəsinə gətirilib.
Məlumata əsasən 300 nəfər avstraliyalı hərbçi burada qarşıdakı 6 ay ərzində fəaliyyət göstərəcək. Bu müddət ərzində hərbçilər Əfqanıstan Hərbi Hava Qüvvələrinin çox sayda pilotuna müxtəlif növ qırıcı təyyarələrdən və “Blackhawks” helikopterlərindən istifadə ilə bağlı təlimlər keçəcək.
Dəyanət Ağalarlı
Ordu.az