NI: “Lockheed” “Patriot”un istehsalını artıracaq

2018/07/3454_1532341040.jpeg
Oxunub: 4429     23:16     23 İyul 2018    
“Lockheed Martin” “Patriot” raketdən müdafiə sistemlərinin istehsalını artırmağı planlaşdırır.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, buna səbəb hazırkı istehsal səviyyəsinin ABŞ ordusunun və müttəfiqlərinin artan sifarişləri və gələcək ehtiyaclarını qarşılamaqda yetərsiz olmasıdır.

“Lockheed”in birləşdirilmiş hava və raketdən müdafiə sahəsi üzrə bölməsinin rəhbəri Bob Delqado bildirib ki, yeni plana görə, şirkət sözügedən sistemlərin istehsalını illik beş yüz ədədə çatdıracaq.

Onun sözlərinə görə, hazırda artan raket təhdidlərindən dolayı gələcəkdə raketdən müdafiə sistemlərinə tələbatın artması gözlənilir. Üstəlik kompaniya hazırda olduqca yüksək sayda “Patriot” sifarişi əldə edib.

Ən çox “Patriot” sifariş verən ölkələrin başında isə 208 ədədlə Polşa gəlir. Onu 200 ədədlə İsveç, 168 ədədlə Rumıniya və 95 ədədlə ABŞ izləyir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Patriot   Lockheed  


Bizi "telegram"da izləyin