Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə bölgənin Kələt şəhəri yaxınlığında baş verib.
Yerli mənbələrin bildirdiyi məlumatda qeyd olunub ki, əməliyyatlar zamanı aralarında İŞİD qruplaşmasının önəmli fiqurlarından olan Müfti Hidayətullah da daxil olmaqla 3 terrorçu məhv edilib, daha bir neçəsi isə sağ ələ keçirilib.
Qeyd edək ki, zərərsizləşdirilən terrorçular ötən həftə Mastunq şəhərində seçki mitinqi zamanı 150 nəfərin ölümü ilə nəticələnən terror aktı həyata keçirib.
Dəyanət Ağalarlı
Ordu.az