Ekspertlər Çinin yeni HHM sistemlərini yüksək qiymətləndirirlər

2018/07/37419709_2606981289528023_6470255617381498880_n_1532103732.jpg
Oxunub: 1584     00:26     21 İyul 2018    
Hərbi ekspertlər Çinin dövlət hərbi-sənaye şirkəti “China Aerospace Science and Industry Corporation” tərəfindən istehsal edilən yeni nəsil havadan hücumundan müdafiə sistemlərinin imkanlarını yüksək qiymətləndirirlər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sistemlərin 1000 kilometr uzaqlıqda olan hədəfi olduqca yüksək dəqiqliklə vurmağa qadir olduğu bildirilir.

Həmçinin, yeni havadan müdafiə sistemlərinin 20 ildən uzun müddətdir XAO-nun istifadəsində olan HQ-9 seriyalı aktiv radarla idarəolunan hava-hava tipli raketləri əvəzləməsi gözlənilir.

XAO həm də anti-ballistik raketləri DF-21 seriyasını da təkmilləşdirib və HQ-9 üzərində məhdud anti-ballistik imkanlara malik sistemləri silahlanmasına əlavə edib. Bütün bunların hazırlanmasında Rusiya ilə yaxından əməkdaşlıq edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   HHM   HQ-9   DF-21  


Bizi "telegram"da izləyin