Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, layihə 2019-2022-ci illəri əhatə edəcək.
Müqavilə ilə bağlı İspaniya Müdafiə Nazirliyindən bildirilən rəsmi açıqlamada qeyd olunub ki, layihə nəticəsində şirkət İspaniya üçün NH-90, CH-47F, EC-665, EC-135, AS532, AS332, UH-1H, AB-212 helikopterləri, PASI kəşfiyyat PUA-sı və “Raven” hücum PUA-sını istehsal edəcək.
Qeyd edək ki, layihənin ümumi dəyəri 865 milyon dollar təşkil edir.
Dəyanət Ağalarlı
Ordu.az