Ukrayna ordusu “Smerç”in sınaqlarını həyata keçirib

2018/07/456456_1532092926.jpg
Oxunub: 678     21:20     20 İyul 2018    
Ukrayna Silahlı Qüvvələri “Smerç” YARS-ın sınaqlarını həyata keçirib.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Hazırda bu silahların Donbasdakı münaqişə zonasından çıxarılmasına davam edilsə də, onun ehtiyac olacağı təqdirdə yenidən bölgəyə yerləşdirilə biləcəyi bildirilir.

Bu səbəbdən dolayı olaraq Birləşdirilmiş Qüvvələr Əməliyyatı silahın mütəmadi sınaqlarının keçirilməsini istəyib.

Xatırladaq ki, bu həftənin əvvəllərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov müasir raket sistemlərinin təkmilləşdirilməsinin Ukrayna müdafiə sənayesinin əsas hədəfi olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Smerç  

Ukrayna ordusu “Smerç”in sınaqlarını həyata keçirib

2018/07/456456_1532092926.jpg
Oxunub: 679     21:20     20 İyul 2018    