Ordu.az xəbər verir ki, bu barədə TSQ Baş Qərargahının yaydığı həftəlik hesabatda qeyd olunub.
Məlumata görə, 13-19 iyul tarixlərində PKK/KCK-nın İraqın şimalında və ölkə daxilində Şırnak, Mardin, Ərzurum, Bingöl vilayətlərindəki əsas fəaliyyət nöqtələri hədəf alınıb.
Əməliyyatlar nəticəsində aralarında biri terrorçuların liderlərindən olmaqla ümumilikdə 43 terrorçu zərərsizləşdirilib, 39 piyada tüfəngi, 1 avtomat tüfəng, 6 ədəd tapança, 1 AT-4 raketi, 1 RPQ və 26,3 kiloqram ağırlığında partlayıcı maddə ələ keçirilib.
Həmin tarixlər ərzində həyata keçirilən əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələrinin 1 əsgəri şəhid olub, 2 əsgəri isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az