Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfir bu fikirləri Suriya dövlət televiziyasına verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, hazırda Suriyanın İordaniya ilə sərhəd cənub bölgələri ABŞ, Rusiya, İordaniya və Suriya hökuməti tərəfindən hərbsizləşdirilmiş zona olaraq elan edilib.
“Son günlər sözügedən bu hərbsizləşdirilmiş zonada İranın aktiv hərbi fəaliyyəti ilə bağlı bir sra mənbələr fikirlər səsləndirirlər. Lakin qeyd etməliyəm ki, hazırda həmin bölgədə Rusiyaya məxsus sülhməramlı qüvvələr fəaliyyət göstərir və bizdə qeyd olunan iddiaların reallığını göstərən heç bir fakt yoxdur”, - deyə səfir vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az