Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Suriya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, ordunun bu gün Derada keçirdiyi əməliyyatlarda bölgənin müxtəlif istiqamətlərindəki daha 3 şəhər azad edilib.
Belə ki, bölgənin şimal-qərbindəki Əl-Şükriyəh şəhəri “Hayat Təhrir Əş-Şam” terror qruplaşmasından, qərbindəki Əl-Nəseriyəh və şimal-qərbindəki Əl-Cəbiyeh şəhərləri isə üsyançılardan azad edilib.
Dəyanət Ağalarlı
Ordu.az