Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazir bu barədə hüquqşunaslarla görüşü zamanı bildirib.
O qeyd edib ki, ölkəsi artıq tamamilə yeni bir mərhələyə qədəm qoyub. Belə ki, artıq şimaldan gələn təhdidlərin və milli təhlükəsizliyi sarsıdacaq kəşfiyyat məlumatlarının əldə edilməsinə olan cəhdlərinin yaşanmadığını bildirib.
“Biz KXDR-lə ortaq məxrəcə gəlməyi bacarmışıq. Artıq heç bir hərbi və ya siyasi təhdid aktual deyildir. Biz əgər uğurlu münasibətlər qurmağa cəhd ediriksə, onda bir-birimizə güvənməliyik. Son günlərdə gündəmdən düşməyən kəşfiyyat məlumatlarının sızdırılması ilə bağlı faktların isə bununla sona çatdığını bildirmək istəyirəm”, - deyə Yunq-mu bildirib.
Dəyanət Ağalarlı
Ordu.az