Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Putin bu barədə Rusiyanın xarici ölkələrdəki səfirlərilə bir araya gələrkən bildirib.
O qeyd edib ki, Rusiya NATO-nun sərgilədiyi aqressiv münasibətlərə dərhal və ən kəskin şəkildə cavab verəcək.
“Əziz həmkarlarım, kimsə vəziyyətin sülhsevər bir addım olduğunu məntiqli şəkildə analiz edə bilərmi? Əlbəttə ki, yox. NATO Ukrayna və Gürcüstanı öz daxilinə qatmaqla Rusiyanı təhdid edir. Belə olmasaydı hər ötən gün alyans sərhədlərimizdə daha da güclənməyə cəhd etməzdi. Başa düşürəm Rusiyadan qorxmaq normaldır, lakin Rusiya NATO kimi təhdidkar mövqe sərgiləmir. Sərgiləyənlərə də dərhal ən ağır cavabı verir. NATO-nun Ukrayna və Gürcüstanla daha yaxın münasibətlər qurmaq cəhdi alyans üçün ağır nəticələrə səbəb ola bilər”, - deyə Rusiya prezidenti vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az