Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Antonov”un da daxil olduğu “Ukroboronprom” hərbi sənaye konserninin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, tərəflər An-188 çoxməqsədli hərbi nəqliyyat təyyarəsinin istehsalı üzrə birgə təşəbbüs başlatmağı planlaşdırır.
Əməkdaşlığın yekun şərtləri və sənədləşmə işlərinin tamamlanması məqsədilə tezliklə Türkiyədən nümayəndə heyəti “Antonov”u ziyarət edəcək.
Ağalar Ağalarlı
Ordu.az