Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Fransa Donanmasının admiralı Sarat Babu bildirib.
O qeyd edib ki, VC11184 adı verilən yeni döyüş gəmisi üçün Fransa istehsalçı NTRO şirkətinə 110 milyon dollar ödəyəcək.
Admiral bildirib ki, 15 min ton ağırlığında olacaq gəminin uzunluğu 175 metr təşkil edəcək.
Qeyd edək ki, bu, Fransa donanması daxilində nüvə silahı ilə təchiz edilə bilən ilk döyüş gəmisi olacaq.
Dəyanət Ağalarlı
Ordu.az