"Raytheon": Yaxın Şərq raketdən müdafiə sistemlərini təkmilləşdirməlidir

2018/07/Снимок_1531996965.png
Oxunub: 3357     18:38     19 İyul 2018    
"Raytheon" şirkətinin icraçı direktoru Tomas Kennedi Yaxın Şərqin ciddi təhdidlərlə üz-üzə olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət rəhbəri Səudiyyə Ərəbistanının bu sahədə ciddi addımlar atdığını bidirib.

O qeyd edib ki, hazırda Səudiyyə Ərəbistanı xüsusilə kibertəhlükəsizlik və strateji planlama üzrə müdafiə sənayesində yerli istehsalı təşviq edəcək addımlar atır. Nəticədə yaxın zamanlarda Səudiyyə Ərəbistanının müdafiə sənayesi ehtiyaclarının təxminən 50 faizi yerli istehsal hesabına ödənəcək.

"Hətta Krallığın şahzadəsi Məhəmməd ibn Salmandan 2030-cu ilə kimi “Raytheon” firmasının bir şöbəsinin də Səudiyyə Ərəbistanında açılması ilə bağlı təkliflər almışıq", - deyə Kennedi bildirib.

O, qeyd edib ki, problemlər əslində Səudiyyə Ərəbistanı ilə yekunlaşmır, eyni zamanda şirkətin 31 illik partnyoru Birləşmiş Ərəb Əmirliyi, Küveyt və digər ölkələrin də müdafiə ilə bağlı ciddi çatışmazlıqları mövcuddur.

"Şübhəsiz ki, ən ciddi problem bir çox region ölkəsində raketdən müdafiə sistemlərinin standartlara uyğun olmamasıdır. Hazırda “Raytheon” dünyanın 80 ölkəsinə elektron cihazların, kibertəhlükəsizlik xidmətlərinin, sensor sistemlərinin təmin edilməsini öz üzərinə götürüb. Yuxarıda qeyd olunan dövlətlər də bu sahədə əməkdaşlıqda çox maraqlı olduqlarını bildirib. Danışıqlar konkret nəticə versə, biz Səudiyyə Ərəbistanına, BƏƏ-yə, Küveytə və s. Yaxın Şərq ölkələrinə raketdən müdafiə sistemlərinin çatdırılmasını həyata keçirə bilərik”, - deyə şirkət rəsmisi qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   Səudiyyə-Ərəbistanı   Yaxın-Şərq   Raketdən-Müdafiə-Sistemləri  


Bizi "telegram"da izləyin