Donbasda gərginlik səngimir: 3 ölü 2 yaralı

2018/07/154897489498_1531996244.jpg
Oxunub: 2728     18:29     19 İyul 2018    
Son 24 saatda Donbasda Ukrayna Silahlı Qüvvələri və separatçılar arasında yenidən qarşıdurma baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatı məlumat yayıb.

Məlumata görə, sonuncu qarşıdurmalar zamanı separatçılardan üç nəfər məhv edilib və üstəlik biri əsir götürülüb.

Ukrayna ordusunun itkiləri isə daha azdır. Ordunun 2 əsgəri yaralanıb, lakin onlar vəziyyətlərinin yaxşı olduğunu bildirərək, hospitala getməkdən imtina ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   Gərginlik  


Bizi "telegram"da izləyin