Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar Hakkari vilayətindəki 2270 saylı Dağbaşı Baza bölgəsinə baş çəkib.
Onu Türkiyə Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Ümid Dündar, Hərbi Hava Qüvvələri komandanı Həsən Kiçikağüz və Donanma komandanı Adnan Özbal müşayiət edib.
Gərgin əməliyyatlar nəticəsində təmizlənən bölgədə aparılan fəaliyyətlər barəsində məlumat alan Akar burada terrorla mübarizədə şəhid olan əsgərlərin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.
O, TSQ-nin bölgədə İŞİD, PKK/YPG/PYD və FETÖ-yə qarşı mübarizəsini yüksək qiymətləndirib və gələcək əməliyyatlar üçün öz tapşırıqlarını verib.
Ağalar Ağalarlı
Ordu.az