Ordu.az xəbər verir ki, ifşa edilən mənimsəmə faktları 2014-2017-ci illəri əhatə edirdi. Seyran Ohanyan 2016-cı ilin oktyabr ayınadək, Vigen Sarkisyan isə 2018-ci ilin may ayındadək Ermənistan müdafiə naziri olub. İfşa edilən cinayət əməlləri Vigen Sarkisyanın dövrünü əhatə etsə də, Sarkisyan dövlət gəlirləri komitəsi tərəfindən istintaq işi çərçivəsində dindirilməyə cəlb edilməyib.
Dövlət gəlirləri komitəsinin sədri Davit Ananyan bu faktı erməni mətbuatına belə şərh edib: “İstintaq davam edir, açıqlama verə bilmərəm. Ancaq həmin şəxsə gəldikdə isə, əgər məlumat yoxdursa, niyə istintaqa çağırılmalıdır. Hər hansı məlumatımız yoxdur. Ümumiyyətlə biz özümüz özümüzə qarşı ciddi olmalıyıq”.
Korrupsiyalaşmış rejimin təkib hissəsini təşkil edən, aşkar edilmiş korrupsiya faktlarının Sarkisyanın nazir olduğu dönəmi də əhatə etdiyi halda, onunla əlaqəsinin olmaması çox maraqlıdır.
Seyran Ohanyana gəldikdə isə, istintaqa cəlb edilməsinə görə baş verənlərlə nə əlaqəsi olduğu, ona qarşı sübutların varlığı, yoxsa baş verənlərdən onun da xəbərsiz olduğu barədə məlumatlar naməlum olaraq qalıb.
Alpər Mövludoğlu
Ordu.az