Ermənistan hüquq mühafizə orqanları tərəfindən məcburi hərbi xidmətdən yayınma və ya möhlət hüququ əldə etmə prosesində qanunsuzluqların aşkar edilməsi istiqamətində araşdırmalar davam edir.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aparılan araşdırmalar artıq çağırışçıların tibbi müayinəsi ilə məşğul olan hərbi həkim komissiyasının həkimlərini narahat etməyə başlayıb.
Məlumatlara görə, məcburi həqiqi hərbi xidmətdən azad edilən şəxsin sonradan hərbi xidmət keçdiyinə dair hərbi bilet aldığı barədə faktlar aşkar edilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-Ordusu
Korrupsiya
Fərarilik