Britaniya Maliyə 90 əsgər göndərib

2018/07/16552443_303_1531981239.jpg
Oxunub: 3030     14:22     19 İyul 2018    
Birləşmiş Krallıq Malidə əməliyyatlar keçirən Fransa qoşunlarına dəstək məqsədilə buraya 90 əsgər və 3 hərbi helikopter göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, helikopterlər logistik dəstək təmin etməklə yanaşı, əsgərlərin havadan hərəkətinin daha təhlükəsiz həyata keçirilməsinə də kömək olacaq.

Birləşmiş Krallığın Silahlı Qüvvələr naziri Mark Lançaster bildirib ki, bu addımın atılması terrorçu qrupların Afrikanın Sahel regionundan Avropaya qarşı gələcək hücumlarda istifadə etməsinin qarşısını almaq məqsədini daşıyır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Mali   Fransa  


Bizi "telegram"da izləyin