Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Kərkük polis idarəsinin sözçüsü Əfsəryav Kamil bildirib.
O qeyd edib ki, qısa fasilələrlə 3-ü şəhərin Şorça zonasında, 1-i isə Bağdad magistralında olmaqla 4 partlayış qeydə alınıb.
Bildirilir ki, partlayışlar nəticəsində ölən olmasa da, 10 nəfər yaralanıb.
Qeyd edək ki, hücumu İŞİD qruplaşması öz üzərinə götürüb.
Dəyanət Ağalarlı
Ordu.az